Media

“Pole Çudes”in növbəti buraxılışı ölkəmizə həsr ediləcək

Dünyanın 40 ölkəsinə ixrac edilən Azərbaycanın ilk milli markası, AZERÇAY ölkəmizin təbliği və xaricdə tanıdılmasına növbəti dəfə

13.12.2017 “Pole Çudes”in növbəti buraxılışı ölkəmizə həsr ediləcək

Dünyanın 40 ölkəsinə ixrac edilən Azərbaycanın ilk milli markası, AZERÇAY ölkəmizin təbliği və xaricdə tanıdılmasına növbəti dəfə öz töhfəsini verir. Belə ki, artıq on illərdir MDB-nin ən məşhur televiziya layihələrindən biri olan və təxminən 300 milyonluq auditoriyaya sahib “Pole Çudes” verilişinin Beynəlxalq Çay günündə yayımlanacaq buraxılışı Azərbaycana həsr edilmişdir. Ölkəmizin tanınmış simaları, Azərbaycan və Rusiyanın məşhur incəsənət xadimlərinin iştirak etdiyi Rusiyanın Birinci Kanalında yayımlanan AZERÇAY-ın ənənəvi dekabr buraxılışında Azərbaycanın mədəniyyəti və çayçılıq ənənələri barədə geniş məlumat verilib.

Sevindirici haldır ki, artıq Rusiyalı istehlakçıların beynəlxalq çay günü deyəndə ağlına ilk olaraq AZERÇAY gəlir. Qeyd edək ki, Rusiya bazarında apardığı böyük marketinq mübarizəsində Azərbaycanı uğurla təmsil edən AZERÇAY markası artıq Rusiya istehlakçılarının da seçdiyi əsas çay markasına çevrilibdir. Xatırladaq ki, veriliş 15 dekabr tarixində saat 20:55-də Rusiyanın Birinci Kanalında yayımlanacaq.